Türk əsilli fransız rejissorun filmi Bakıda!

Türk əsilli fransız rejissorun filmi Bakıda!

13-05-2022 13:47 / Bu xəbər 1702 dəfə oxundu

"Park Cinema” kinoteatrlar şəbəkəsi türk əsilli fransız rejissoru Meta Akkuşun "Bir dilək tut” filmini təqdim etməyə hazırlaşır. 

Filmdə baş rolları tanınmış aktyor Altan Erkekli və Vildan Atasever canlandırıb.

Filmin süjeti 11 yaşlı məktəbli Kaandan bəhs edir. Yaşadıqları yerdə çox gözəl və xoşbəxt bir həyatı olan Kaan bir gün ailəsinin İstanbula köçəcəyini öyrənir. Bu xəbər onu kədərləndirir. 

Kaan dostlarını və sevimli avarçəkmə komandasını tərk etmək istəmir. O, bir şey etməli və bu səyahəti dayandırmalıdır. Nəhayət, bunun həllini xalasının ona hədiyyə etdiyi kitabda tapır. Bu kitab ona heç xəyal etmədiyi dünyanın qapısını açır.

"Bir dilək tut” filmi rejissor Meta Akkuşun ərsəyə gətirdiyi ilk tammetrajlı bədii əsərdir. 

Bundan əvvəl o, bir sıra qısametrajlı filmlərlə, eləcə də iri şirkətlər üçün reklam çəkilişləri ilə yadda qalıb.

Film mayın 12-dən nümayişə başlayır.

Ülviyyə