Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
08-12-2020 15:28 / Bu xəbər 511 dəfə oxundu
Türkiyə hərbçiləri dekabrın 10-da keçiriləcək II Qarabağ müharibəsindəki qələbəyə həsr olunmuş paradda iştirak etmək üçün Bakıya gəlib.
Sosial şəbəkələrdə türk hərbçilərin paytaxt küçələrində məşq etdiklərinə dair kadrlar yayılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qələbə paradında iştirak etmək üçün sabah Bakıya gələcəyi bildirilib.












