Türkiyədə məhkəmə binasına silahlı hücum: 2 ölü, 6 yaralı

Türkiyədə məhkəmə binasına silahlı hücum: 2 ölü, 6 yaralı

06-02-2024 14:04 / Bu xəbər 699 dəfə oxundu

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

"TRTHaber” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb. 

Nazir qeyd edib ki, ölənlər hücum edən şəxslərdir.

Ə.Yerlikaya bildirib ki, hücum edənlərin DHKP/C terror təşkilatının üzvləri olduqları təsbit olunub.