Türkiyədə oğlu oğurlanan azərbaycanlı deputat kimdir?

Türkiyədə oğlu oğurlanan azərbaycanlı deputat kimdir?

03-10-2022 14:42 / Bu xəbər 1768 dəfə oxundu

Türkiyədə azərbaycanlı deputatın oğlunun oğurlandığı bildirilir.

"Bakupost.az"a həmin şəxsin kimliyi ilə bağlı məlumat daxil olub.

Oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğu bildirilir.

Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. 

Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. 

Məlumatda A. Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirilir. 

Məsələ ilə bağlı deputat Əhliman Əmiraslanovla əlaqə saxlamaq mümkün olmayıb.

Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb bizə məlumat verəcəyini desə də, sonradan Ə. Əmiraslanovla əlaqə saxlaya bilmədiyini deyib: "Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam".

Əhliman Əmiraslanovun köməkçisi Raqif Xəlilov Bakupost.az -la yenidən əlaqə saxlayaraq yayılan məlumatların əsassız olduğunu bildirib: "Əhliman müəllimlə əlaqə saxladım. Bildirdi ki, bu xəbərlərin heç bir əsası yoxdur, şayiədir. Heç də belə bir şey olmayıb".

"Musavat.com"un yaydığı xəbərə görə, A. Əmiraslanov separatçı kürd qruplaşmanın üzvləri tərəfindən oğurlanıb və azadlığa buraxılması üçün öncə 10 milyon dollar tələb olunub. 

Danışıqlardan sonra deputatın oğlunun 5 milyon dollar qarşılığında sərbəst buraxıldığı və hazırda Bakıda olduğu vurğulanıb.