Türkiyədə oxuyan azərbaycanlı tələbənin ölüm səbəbi məlum olub
28-02-2021 11:35 / Bu xəbər 1268 dəfə oxundu
O, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevin qızıdır
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.
Bu barədə "Report"a onun yaxınları məlumat verib.
Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından dünyasını dəyişib.
Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.












