Türkiyədə Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələri yaradılacaq

Türkiyədə Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələri yaradılacaq

11-02-2023 14:08 / Bu xəbər 1002 dəfə oxundu

Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdə Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələri yaradılacaq.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Türkiyənin Ədliyyə Nazirliyi Kahramanmaraşda zəlzələdən zərər çəkmiş vilayətlərin prokurorluqlarına Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələrinin yaradılması üçün məktub göndərib.

Məlumata görə, Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələri dağılan binalara görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və dəlillərin yox edilməməsinə qarşı mübarizə tədbirləri həyata keçirəcək.