Türkiyəli aktyorlar Bakıda qala-gecəyə qatılıblar

Türkiyəli aktyorlar Bakıda qala-gecəyə qatılıblar

14-10-2022 15:07 / Bu xəbər 1269 dəfə oxundu

"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında, Bakıda yerləşən Yunus Əmrə Fondunun dəstəyi ilə Türkiyə istehsalı olan "Komutan” döyüş filminin qala-gecəsi keçirilib.

Tədbirdə filmin baş qəhrəmanları Mert Kılıç və Aslıhan Güner Kılıç da iştirak edib.

Türkiyəli aktyorlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçərək, bakılı pərəstişkarları ilə şəkil çəkdiriblər. 

Film real hadisələr əsasında çəkilib.

Rejissorlar Selahattin Sancaklı və Mert Kılıçın ekran əsəri verdiyi filmdə Can Kızılıtuğ, Emre Bulut, Hilal Anay və başqaları çəkilib.

Filmin süjetinə gəlincə, xüsusi hazırlanmış bir dəstəyə Suriyada döyüşlər zamanı şəhid olmuş 3 əsgərin nəşini Vətənə geri qaytarmaq tapşırığı verilir. 

Hər addımında ölüm təhlükəsi olan bu tapşırığı "Soluk Kesen” adlandırılan dəstə necə yerinə yetirəcək?..

Film oktyabrın 13-dən etibarən bütün "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Ülviyyə