Türkiyənin məşhur aktyorları Bakıya gəldi

Türkiyənin məşhur aktyorları Bakıya gəldi

09-12-2022 16:39 / Bu xəbər 633 dəfə oxundu

Türkiyənin məşhur "Çakallarla dans” komediya filminin 6-cı hissəsinin Bakıda da qala-gecəsi keçirilib. 

"Park Cinema Flame Towers”də baş tutan qala-gecədə tanınmış aktyorlar Didem Balçın, Hakan Bilgin, Murat Akkoyunlu, eləcə də filmin rejissoru Murat Şeker də iştirak ediblər.

Hakan Bilginin sözlərinə görə, bu, "Çakallarla dans 6” filminin ölkə xaricində baş tutan ilk qala-gecəsidir: "Qardaşlarımızla bir yerdə olduğumuz üçün çox xoşbəxtik. Sizinlə buraya əylənməyə gəldik”.

"Diriliş Ertuğrul” və "Kuruluş Osman” seriallarının qəhrəmanı Didem Balçın isə Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "Bizi çox gözəl qarşıladınız. Bakıya ilk dəfədir gəlmişəm və şəhərinizi çox bəyəndim”.

 "Çakallarla dans 6” Türkiyədə nümayişinin ilk həftəsində ilin ikinci ən çox izlənilən komediya filmi olub. Filmdə həmçinin Timur Acar, Şevket Çoruh, İlker Ayrık da çəkilib. 

Azərbaycan tamaşaçıları filmi "Park Cinema”nın bütün kinoteatrlarında izləyə bilərlər.

Ülviyyə