Ukrayna Donetski işıqsız qoydu
27-01-2015 11:49 / Bu xəbər 1113 dəfə oxundu
Bu gün səhər saatlarından başlayaraq Donetsk artilleriya atəşinə tutulub.
Artilleriya atəşi şəhərin qərb istiqamətində - separatçıların ələ keçirmək istədiyi Peski qəsəbəsi istiqamətində daha intensiv xarakter alıb.
İnfrastrukturun dağıdılması nəticəsində artıq bütün şəhər elektrik enerjisiz qalıb.
Separatçıların qərargahından verilən məlumatda bildirilir ki, Ukrayna ordusu şəhərin Kiyevski, Petrovski və Kuybışevski rayonlarına gecədən artilleriya zərbələri endirir.(Axar.az)
Arqument.az












