“Ukrayna federallaşmaycaq...” - Poroşenko

“Ukrayna federallaşmaycaq...” - Poroşenko

29-08-2015 01:48 / Bu xəbər 1117 dəfə oxundu

Ukraynada konstitusiya islahatı həyata keçiriləcək, ancaq heç bir federallaşmadan və ya hansısa əraziyə xüsusi statusun verilməsindən  söhbət gedə bilməz. 

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

Ötən ay ölkənin Konstitusiya Məhkəməsi hakimiyyətin mərkəzsizləşməsi hadqa düzəlişin prezident layihəsini və ayrıca qanunla Donbasın xüsusi statusunu nəzərdə tutan keçid müddəalarının normasını qəbul edib.

Konstitusiya Məhkəməsinin müsbət rəyindən sonra Ali Rada deputatları ilkin oxunuş üçün düzəlişlər layihəsinə minimum 226 səs dəstəyi ilə baxa biləcəklər. Layihənin yekun qəbulu üçünsə konstitusion səs çoxluğu – 300 səs lazım gələcək.