"Ukrayna geri çəkilsə, bütün qonşu dövlətlər təhlükə ilə üzləşəcək” - Volodimir Zelenski
21-08-2023 17:28 / Bu xəbər 621 dəfə oxundu
"Ukrayna Rusiyanın təcavüzünə qarşı çıxmasa, geri çəkilsə, bütün qonşu dövlətlər təhlükə altında olacaq”.
"Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka parlamentində çıxışı zamanı deyib.
O, Ukraynanın müqavimətinin davam edəcəyini vurğulayıb: "Siz hamınız bunu görəcək, hiss edəcəksiniz”.
Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.