Ukrayna Kurskda daha 2 kilometr irəliləyib

Ukrayna Kurskda daha 2 kilometr irəliləyib

30-08-2024 16:48 / Bu xəbər 564 dəfə oxundu

Ukrayna ordusunun Kursk ərazisində daha 2 kilometr irəlilədiyi bildirilir.

Məlumatı "İnsider.ua” yayıb. 

Sayt xəbər verir ki, bunu Ukrayna Ordusunun Baş komandanı Aleksandr Sırski açıqlayıb.

Bununla da ordu bölgədə 5 kvadrat kilometrlik ərazini nəzarətə götürüb.

"Hazırda Rusiya tərəfinin Pokrovka istiqamətindəki müdafiə xəttini yarmağa yönələn cəhdləri uğursuzluqla nəticələnir", - deyə o qeyd edib.