Ukrayna ordusu daha bir şəhəri azad etdi
27-03-2022 00:12 / Bu xəbər 3299 dəfə oxundu
Ukrayna Silahlı Qüvvələrinin Sum vilayətinin Trostyanes şəhərini Rusiya ordusundan azad etdiyi bildirilir.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarının silah-sursatını və döyüş texnikalarını ələ keçirib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.












