Ukrayna Saakaşvili ilə bağlı Gürcüstandan xahiş edib

Ukrayna Saakaşvili ilə bağlı Gürcüstandan xahiş edib

04-10-2021 13:25 / Bu xəbər 868 dəfə oxundu

Ukrayna tərəfi Gürcüstandan keçmiş prezident Mixail Saakaşvilinin urkaynalı konsulla görüşlə bağlı tələbini yerinə yetirməyi xahiş edib. 

Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolneko bildirib. 

O deyib ki, bu məsələ Gürcüstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili ilə XİN-də bu gün keçirilən görüşdə müzakirə olunub. 

Ukrayna tərəfi M.Saakaşvilinin qanunla müəyyən edilmiş hüquqlarının tam qorunmasının zəruriliyini vurğulayıb. 

Rəsmi Kiyevin Gürcüstanın daxili işlərinə qarışmamaqla bağlı prinsipial mövqeyi diqqətə çatdırılıb. 

8 ildən sonra Gürcüstana qayıdan Ukrayna vətəndaşı M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb.  

Rustavi şəhərində penitensiar müəssisəyə yerləşdirilmiş siyasətçi aclıq elan edib və Ukrayna konsulu ilə görüş istəyib.("Report")