Ukraynada fövqəladə rejim elan olundu

Ukraynada fövqəladə rejim elan olundu

25-03-2020 16:59 / Bu xəbər 1101 dəfə oxundu

Ukrayna hökuməti bütün ölkə ərazisində 30 gün müddətinə, aprelin 24-dək fövqəladə vəziyyət rejimini tətbiq edib.

"Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal çərşənbə günü Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, qərarda zəruri hallarda bu tədbirlərin müddətinin artırılması da nəzərdə tutulub.

Qeyd edək ki, Ukraynada 113 nəfər COVID-19-a yoluxub, 4 nəfər virusdan ölüb.