Ukraynada helikopter qəzası: iki uşaq, nazir və müavini həlak olub

Ukraynada helikopter qəzası: iki uşaq, nazir və müavini həlak olub

18-01-2023 13:42 / Bu xəbər 820 dəfə oxundu

Ümumilikdə 16 nəfərin öldüyü bildirilir

Yanvarın 18-də Kiyevin şərqindəki Brovari şəhərindəki uşaq bağçasının yaxınlığında helikopter qəzaya uğrayıb.

Nəticədə ikisi uşaq olmaqla, Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və nazirliyin dövlət katibi Yuri Lubkoviç həlak olublar.

Ümumilikdə 16 nəfərin öldüyü bildirilir.

Xəsarət alanların sayı isə 22-dir. Onlardan 10 nəfəri uşaqdır.

Hələlik qəzanın səbəbləri məlum deyil, lakin sosial media hesablarında qəza nəticəsində yanan binanın görüntüləri yayılıb.

"Telegram” kanalında bu barədə məlumat verən Kiyev qubernatoru Oleksey Kuleba bildirib ki, hadisə zamanı bağçada uşaqlar olub: "Uşaqlar və müəssisənin işçiləri dərhal evakuasiya edilib, lakin yenə də ölənlər var”.

Ukrayna Prezidentinin aparat rəhbərinin müavini Kiril Timoşenko ölənlər və qəzanın baş vermə səbəblərinin  araşdırıldığını söyləyib.