Ukraynada Rusiyanın 2 helikopteri vuruldu
13-03-2022 00:10 / Bu xəbər 928 dəfə oxundu
Rusiyanın daha 2 helikopteri Ukraynada sıradan çıxarılıb.
UNİAN xəbər verir ki, helikopterlər Xerson vilayətinin Skadovski rayonunda vurulub.
Məlumata görə, pilotlardan biri sağ qalıb.
Bildirilir ki, Rusiya aviasiyasının bu günə qədər 140-dan çox texnikası Ukrayna səmasında vurulub.












