Vadim Denisenko: "Putin istəyir ki, Lukaşenko müharibəyə qoşulsun"

Vadim Denisenko:

22-03-2022 14:23 / Bu xəbər 1329 dəfə oxundu

"Belarusun Ukraynaya qarşı müharibədə Rusiya tərəfindən döyüşməkdən imtina etdiyini söyləmək hələ ki mümkün deyil”.

Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko belə deyib.

"Belarusun işğalı ehtimalını istisna etmək olmaz. Putin Lukaşenkonun döyüşlərə qoşulması üzərində işləyir. Belaruslar döyüşmək istəmirlər və bu, aydın başa düşüləndir. Lukaşenkonun müharibədən yayınmağa çalışması da bizim üçün müsbət haldır”, – deyə Denisenko bildirib.

Martın 20-də Ukrayna Müdafiə Nazirliyi Belarus qoşunlarının Ukrayna sərhədlərinə yerləşdirilməsi haqda məlumat yayıb.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.