Van Dammın oğlu azərbaycanlı pianoçu ilə evləndi

Van Dammın oğlu azərbaycanlı pianoçu ilə evləndi

17-06-2021 18:45 / Bu xəbər 3972 dəfə oxundu

22 yaşlı Suada Hacızadə Bakıda doğulub

Amerikalı aktyor Jann Klod Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənib.

Cütlük "İnstagram” sosial şəbəkəsində evləndiklərini yazıblar.

Suada Hacızadə 24 oktyabr 1999-cu ildə Bakıda doğulub. Dörd yaşından bədii gimnastika ilə məşğul olub.

Xalq arasında "Səlyanlı Şirin” kimi tanınan tarzən Şirin Axundovun nəslindəndir.

İlk məktəb təhsilinə Bakı Avropa Liseyində başlayıb.

Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun tələbəsi olub.

Bakı Musiqi Akademiyasının məzunudur. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər verib.

Azərbaycan XXI əsrə istedadlarla: Hacızadə Suada Elxan qızı 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Prezident təqaüdçüsüdür.

"Hər insanın bir arzusu var, mənim də arzum dünyanın ən tanınmış ifaçıları sırasında olmaqdır. Ən məşhur dünya səhnələrində Azərbaycan mədəniyyəti və musiqisini tanıtmaq, tariximizi, Qarabağ haqqında bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır”, - Suada Hacızadə müsahibələrindən birində deyib.

Ədliyyə Nazirliyindən Modern.az-a bildirilib ki, nikah mərasimi dünən Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub.

Kristofer Van Damm 20 may 1987-ci ildə Amerikada doğulub.

Aktyor və prodüsser kimi fəaliyyət göstərir.

Van Damm, Kristofer Van Damm, Suada Hacızadə və valideynləri
Mənbə: İnstagram