Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?

24-01-2023 01:45 / Bu xəbər 843 dəfə oxundu
Rüşvət almaqda şübhəli bilinərək 2 il öncə həbs edilmiş general-polkovnik Vaqif Axundovun bacısı oğlu Vüsal Babayevlə bağlı hökmün detalları bəlli olub.
V.Babayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il şərti cəza alaraq azadlıqda qalıb.
Xəbəri "Qafqazinfo” yayıb.
Hökm bir müddət əvvəl çıxarılsa da, məlumat ictimaiyyətdən gizli saxlanılıb.
V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunmuş, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı.
Məhkəməsi dövründə o, ev dustaqlığında olmuşdu.
Hökmdən sonra isə üzərindəki ev dustaqlığı da ləğv edilib və 8 il şərti cəza alıb.
V.Babayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi olub.
O, sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Barəsində cinayət işi başlandıqdan sonra işdən azad edilib.
Onun dayısı Vaqif Axundov isə general-polkovnikdir.
O, 2003-2020-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi olub.
