Vaşinqton 3+3 formatında görüşə reaksiya verdi

Vaşinqton 3+3 formatında görüşə reaksiya verdi

24-10-2023 18:47 / Bu xəbər 1118 dəfə oxundu

"Ermənistan-Azərbaycan məsələsinə gəldikdə, biz danışıqların harada baş verməsindən və kimin ev sahibliyi etməsindən asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə töhfə verən istənilən xoşməramlı öhdəliyi alqışlayırıq”.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "Turan" agentliyinin oktyabrın 23-də 3+3 formatında (Azərbaycan, Ermənistan, Rusiya+Türkiyə, İran, Gürcüstan. Gürcüstan görüşdə iştirqk etməyib-red) Tehranda xarici işlər nazirlərinin görüşü barədə sualının cavabında bildirib.

"Bununla belə, biz Cənubi Qafqazın İran və Rusiya ilə bağlı incə coğrafi mövqeyini tanıyırıq, lakin biz bu ölkələri etibarlı tərəfdaş kimi görməmişik”, - o qeyd edib.

Oktyabrın 23-də Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

İRNA agentliyinin məlumatına görə, "Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi zamanı” mövzusunda keçirilən görüş Qafqaz regionunda baş verən hadisələrə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına həsr olunub.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, 3+3 formatında regional görüşün mərkəzi vəzifələrindən biri region ölkələrinin birbaşa iştirakı ilə, regiondankənar oyunçuların müdaxiləsi olmadan regional problemləri həll etməkdir.