Vəkil Bəhruz Səmədovla görüşə bilmir
23-08-2024 13:44 / Bu xəbər 541 dəfə oxundu
Hazırda saxlanılan politoloq Bəhruz Səmədovun hüquqlarını müdafiə etmək üçün ailəsi tərəfindən tutulan vəkil Zibeydə Sadıqova onunla görüş ala bilmir.
Vəkil "Turan”a bildirib ki, Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılır.
Sadıqova deyib ki, öz vəkillik sənədlərini Dövlət Təhlükəsizlik Xidmətinə təqdim edib. Lakin Səmədovun işini aparan müstəntiq vəkilin zəng və mesajlarına cavab vermir ki, o, müdafiə etdiyi şəxslə görüşə bilsin.