Vəkil Elçin Sadıqov DTX-da saxlanılır? - Rəsmi məlumat verilmir

Vəkil Elçin Sadıqov DTX-da saxlanılır? - Rəsmi məlumat verilmir

11-09-2022 18:04 / Bu xəbər 1049 dəfə oxundu

Elçin Sadıqovun DTX-da saxlandığı güman olunur.

Vəkil Elçin Sadıqovun həbsdən sonra harada saxlandığı barədə məlumat verilmir.

Vəkil Şəhla Hümbətovanın sözlərinə görə, Elçin Sadıqovun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onun saxlanacağı yer barədə məlumat verilməyib.

Yaxınları Sadıqovu aparan maşının DTX istiqamətində hərəkət etdiyini deyib.

Elçin Sadıqovun həyat yoldaşı Zibeydə Sadıoqva Penitensiar xidmətlə əlaqə saxlayıb, onun Xidmətin istintaq təcridxanalarında saxlanmadığını öyrənib. 

"Biz hələ də Elçinin harada saxlandığını dəqiq öyrənə bilməmişik. Ona geyim və dərman çatdırılmalıdır. Bu məlumatları vermək belə çətindir?", - Zibeydə Sadıqova "Toplum TV"-yə belə deyib.