Vəkil Əsabəli Mustafayevin insult keçirdiyi bildirilir
23-10-2024 22:59 / Bu xəbər 677 dəfə oxundu
Həyat yoldaşı: "Nitq qabiliyyətini itirib, danışa bilmir”
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev insult keçirib.
Həyat yoldaşı Zemfira Mustafayeva Meydan TV-yə bildirib ki, hüquqşünas oktyabrın 22-də işdə olarkən qəfil vəziyyəti pisləşib.
"Həkimlər deyir ki, vəziyyəti stabildir. Başında "ocaq” var, o da vurub, alın nahiyyəsində beyin qabığını dağıdıb. Nəticədə nitq qabiliyyətini itirib, danışa bilmir”, – Zemfira Mustafayeva bildirib.
Əsabəli Mustafayev Sumqayıt şəhər 2 saylı Xəstəxanasına yerləşdirilib.
Əsabəli Mustafayevin vəziyyəti 2024-cü ilin avqustunda da pisləşmişdi.
O, Sumqayıt şəhər 2 saylı Xəstəxanasının reanimasiyasına yerləşdirilmişdi.