Vəkil Eynulla Fətullayevin iddiasını yalanladı

Vəkil Eynulla Fətullayevin iddiasını yalanladı

08-09-2022 13:28 / Bu xəbər 827 dəfə oxundu

Jurnalist Eynulla Fətullayev rəhbəri olduğu saytda "Xural” TV-nin rəhbəri Əvəz Zeynallı haqqında ittihamlar yazıb.

Həmin ittihamlarda jurnalistin hazırda həbsdə olan "Baku Steel Company”-nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən onun müdafiəsi üçün 20 min manat aldığı, amma onu müdafiə etmədiyi yazılıb.

Saytın paylaşdığı səs yazısında Əvəz Zeynallı "görüşək, iadə edim” deyir ki, Eynulla Fətullayev bu sözü alınan pulun qaytarılması istəyi kimi təqdim edilib.

Rasim Məmmədovun vəkili Elçin Sadıqov "Gununsesi.info"ya açıqlamasında bu haqda danışıb: "Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi.  "İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.

Eynulla Fətullayev qanunsuz şəkildə ermənilərin işğal etdiyi Qarabağa səfər etmiş və oradan hazırladığı reportajda "Xocalı qırğının törədilməsində Ermənistan yox, Azərbaycan ordusu günahkardır” fikrinə yer verib.

E.Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib.