''Vəkil Fəxrəddin Mehdiyevlə bağlı qərar ləğv edilsin''

''Vəkil Fəxrəddin Mehdiyevlə bağlı qərar ləğv edilsin''

23-03-2018 19:03 / Bu xəbər 2235 dəfə oxundu

IBAHRI Vəkillər Kollegiyasının qərarı ilə bağlı bəyanat yaydı

Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) Azərbaycan Vəkillər Kollegiyasından vəkil Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinin dayandırılması haqqında qərarın ləğv edilməsini xahiş edir.

IBAHRI-nin direktoru Filip Tahmincisun Vəkillər Kollegiyasının bəzi vəkillərin lisenziyasının ləğv edilməsi barədə bəyanatında belə deyilir:

"Cənab Mehdiyevin lisenziyasını ləğv etmək qərarı Azərbaycan Vəkillər Kollegiyasının siyasi cəhətdən həssas işlərə baxan hüquqşünasları ittiham etmək üçün qəsdən atdığı bir addım kimi görünür. Vəkillərin öz müştəriləri ilə bağlı qərar vermələri Vəkillər Kollegiyasının vəzifələri sırasına daxil deyil. Əksinə, Vəkillər Kollegiyası vəkillərin müstəqilliyinin qorunmasına yardımçı olmalıdır".

IBAHRI-nin həmsədri Hans Korel isə qeyd edib ki, qanunvericilik və kollegiyanın atdığı addımlar bir çoxunun hüquqi təmsilçiliyini məhdudlaşdırır. Çünki bir çox keyfiyyətli iş görən vəkillərin fəaliyyəti dayandırılıb.Kollegiyaya daxil olan 934 vəkil siyasi məsələlərdə və həssas mövzularda olan məhkəmə proseslərində iştirak etməyəcəklər.

"Nəticədə bu hüquqları pozulan qurbanların hüquqi təmsilçiliyini çətinləşdirəcək və təhrif edilmiş bir sistemə gətirib çıxaracaq. Bu islahatlar gizli şəkildə insan hüquqları müdafiəçilərini hədəfə alıb və Kollegiyanın hökümətdən asılı olduğunu sübut edir”.

H.Korel əlavə edir ki, hazırda Azərbaycanda hüquqşünaslar insan hüquqlarının müdafiəsi üzrə məhkəmə proseslərində iştirak etdikləri üçün repressiyalara məruz qalırlar, onların lisenziyaları ləğv edilir və fəaliyyətləri dayandırılır. Hüquqşünaslara qarşı qisas məqsədilə atılan bu addımlar BMT-nin hüquqşünasların öz vəzifələrini yerinə yetirərkən "qorxu, maneə, təcavüz və ya müdaxiləyə məruz qalmaması” haqqında müəyyən etdiyi əsas prinsipləri pozur.

IBAHRI Azərbaycan Vəkillər Kollegiyasını dərhal peşə vəzifələrini yerinə yetirən vəkillərə qarşı bütün təzyiqləri və müdaxilələri dayandırmağa çağırıb.