Vəkil karantin dövründə cərimələnmiş şəxslərə hüquqi yardım göstərəcək

Vəkil karantin dövründə cərimələnmiş şəxslərə hüquqi yardım göstərəcək

11-07-2020 23:13 / Bu xəbər 779 dəfə oxundu

Vəkil Cavad Cavadov pandemiya dövründə inzibati qaydada cərimə edilən şəxslərə təmənnasız hüquqi yardım göstərəcək.

Bu barədə vəkil feysbuk hesabında yazıb.

O bildirib ki, vətəndaşlar bu məsələdə ona müraciət edə bilərlər: "Pandemiya vaxtı kimə evinin yanında hava almaq, gəzmək üçün SMS icazəsi olmadan çıxarkən cərimə yazılıbsa və bunu mübahisələndirmək arzusunda olarsa, mənə müraciət edə bilər".

Cavadov deyir ki, SMS icazəsi olmadan evindən çıxan şəxslərin cərimələnməsi qanunsuzdur:  "Pro-bono hüquqi yardım göstərməyə hazıram. Düşünürəm ki, bu halda yazılan cərimələr qanunsuzdur və bununla bağlı hazır formada şikayətlər də hazırlamışam".