Vəkilin həbs edilmiş blogerlə görüşünə icazə verilməyib

Vəkilin həbs edilmiş blogerlə görüşünə icazə verilməyib

31-01-2025 19:18 / Bu xəbər 199 dəfə oxundu

Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində "xeberman.com" saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.

"Mənim gəldiyimi yuxarılarına məruzə etmək adı ilə gözlətdilər. Bir müddətdə gözlədəndən sonra dedilər ki, cəmi bir vəkil otağı var orada da vəkil var, ona görə görüş vermirik", - deyə Sadıqov "Facebook"da yazıb. 

İki saatdan çox gözləyən vəkil cəzaçəkmə müəssisəsindən çıxıb.

Bir müddət əvvəl Aslanov və Ramazanov cəzaçəkmə müəssisəsində hüquqlarının pozulduğunu bildiriblər, saxlanma şəraitinin ağır olması və məhbuslara qarşı rəftarın pis olması haqqında məlumat veriblər.