Vəkillə qarşı intizam icraatı qərarına xitam verilib

Vəkillə qarşı intizam icraatı qərarına xitam verilib

11-07-2019 19:32 / Bu xəbər 1123 dəfə oxundu

İyulun 11-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Elçin Sadıqov haqqında başlanmış intizam icraatı qərarına xitam verib.

Bu barədə vəkil Elçin Sadıqov "Facebook” səhifəsində məlumat paylaşıb: "Bu gün kollegiyanın sədri hörmətli Anar Bağırov və Rəyasət Heyətinin üzvləri ilə görüşdük. Problemləri müzakirə etdik və həll olundu. İntizam icraatına xitam verildiyi bildirildi”. 

Vəkil intizam icraatına xitam verildiyi üçün Rəyasət Heyətinə təşəkkür edib. 

Vəkillər Kollegiyası iyulun 10-da vəkil Elçin Sadıqov barəsində intizam icraatının başlanılması haqda qərar qəbul edib. 

Səbəb kimi Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşının Elçin Sadıqovdan şikayət məktubu göstərilirdi.

Məktubda deyilirdi ki, vəkil Sadıqov "Facebook”da mərhum vəkil Sərdar Qasımov haqqında tənqidi status paylaşmaqla ailəsini incidib.///meydan.tv