Vergi güzəştləri kimlərə şamil ediləcək?

Vergi güzəştləri kimlərə şamil ediləcək?

07-04-2020 16:29 / Bu xəbər 1187 dəfə oxundu

Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli sərəncamı ilə "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Tədbirlər Planının 5-ci bəndində "Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi” nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, aşağıda qeyd olunan  və fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tam və ya qismən məhdudlaşdırılan sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri vergi güzəştləri və tətillərdən yararlana bilərlər:  

- avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları (o cümlədən taksi ilə);
- yerləşmə vasitələri hesab edilən mehmanxana, otel, hostel və oxşar obyektlər;
- turoperator və turagentlər;
- sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması;
- ictimai iaşə;
- sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun);
- kinoteatr, teatr, muzey və konsert zalları;
- idman-sağlamlıq obyektləri;
- hazırlıq (tədris) və ixtisasartıma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzləri;
- əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tam və ya qismən məhdudlaşdırılan sahələr.

Nizami Bağırov