Vergi Məcəlləsinə dəyişikliklər gözlənilir

Vergi Məcəlləsinə dəyişikliklər gözlənilir

07-04-2020 20:24 / Bu xəbər 836 dəfə oxundu

Vergi Məcəlləsinə dəyişikliklər gözlənilir.

Bu barədə İqtisadiyyat Nazirliyindən verilən məlumatda deyilir.

Məlumata görə, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalı, habelə əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının müəyyən müddətdə ƏDV-dən azad edilməsi, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının təxirə salınması və bir sıra sahibkarlıq subyektləri üzrə sosial sığorta yükünün azaldılması məsələlərini əhatə edən dəyişikliklərdə hazırda müzakirə mərhələsindədir.

Yuxarıda qeyd olunanlarla bağlı Vergi Məcəlləsində və "Sosial sığorta haqqında” Qanunda zəruri dəyişiklikləri ehtiva edən qanun layihələri hazırlanır. 

Həmin Qanun layihələrinin yaxın günlərdə müzakirəyə çıxarılaraq qəbul olunacağı gözlənilir.

Bundan sonra edilmiş dəyişikliklərin, verilmiş güzəşt və azadolmaların mahiyyəti və tətbiqi ilə bağlı ictimaiyyətə ətraflı məlumatlar veriləcək.