Vergilər Nazirliyi və Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildi

Vergilər Nazirliyi və Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildi

23-10-2019 15:34 / Bu xəbər 749 dəfə oxundu

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Keçmiş Vergilər naziri Mikayıl Cabbarov isə İqtisadiyyat naziri təyin edilib.