VI Beynəlxalq Humanitar Forumu başlayıb

VI Beynəlxalq Humanitar Forumu başlayıb

25-10-2018 12:19 / Bu xəbər 1866 dəfə oxundu

Oktyabrın 25-də Bakıda Heydər Əliyev Mərkəzində VI Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb.

Forum "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusuna həsr olunub.

Tədbirə 80-dən çox ölkə və 20-dən çox beynəlxalq təşkilatdan bir neçə yüz şəxsin qatıldığı bildirilir.

Azərbaycan prezidenti İlham Əliyev də bu toplantıda iştirak edir.

Forum oktyabrın 26-da başa çatmalıdır.