Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

23-10-2020 10:41 / Bu xəbər 1124 dəfə oxundu

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.

Məlumata görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov təqaüdə göndərilib.

Hazırda onun vəzifəsi müavini, polis polkovniki Arzu Məmmədova həvalə edilib.