Vilnusdan Belarus sərhəddinə qədər uzanan dəstək mitinqi: "Azadlıq yolu" - FOTOLAR

Vilnusdan Belarus sərhəddinə qədər uzanan dəstək mitinqi:

24-08-2020 00:32 / Bu xəbər 1542 dəfə oxundu

Litvada dəyişiklik istəyən Belarus xalqı ilə həmrəylik mitinqi keçirilib.

Arqument.az Litva mediasına istinadən xəbər verir ki, mitinq Vilnusdan Belarus sərhədinə kimi davam edib. 

İştirakçılar mitinqi şərti olaraq "Azadlıq yolu" adlandırıblar. 

Aksiyada Litvanın Prezidenti Gitanas Nauseda, Xarici işlər naziri Linas Linkyaviçus, eks-prezidentlər - Dalya Qribauskayte və Valdas Adamkus iştirak edib.

Onlar Belarus xalqı ilə həmrəy olduqlarını deyərək mübarizələrini dəstəklədiyini ifadə ediblər.