Vitse-spiker: “Avropadakı mühacirlərdən biri söyüşü dayandırmaq üçün məndən 20 min avro istədi”

Vitse-spiker: “Avropadakı mühacirlərdən biri söyüşü dayandırmaq üçün məndən 20 min avro istədi”

26-05-2020 19:39 / Bu xəbər 1347 dəfə oxundu

"Xaricdə yaşayan söyüşcül mühacirlərdən biri mənə və hakimiyyətə qarşı söyüş söyməyi və iftira atmağı bir şərtlə dayandırmağa razıdır ki, ona ən azı 20 min avro verilsin".
 
Bu sözləri unikal.org-a müsahibəsində Milli Məclisin spikeri Adil Əliyev deyib. 
 
Xaricdə yaşayan azərbaycanlılar arasında böyük nüfuzu olduğunu bildirən Adil Əliyev son günlər hədəfə alınmasının səbəbləri barədə də danışıb: "Xarici ölkələrin birində Qarabağla bağlı möhtəşəm tədbir keçirirdik. Həmin söyüş qrupu hətta azərbaycanlıların ümumi dərdi olan Qarabağla bağlı tədbirimizi pozmağa cəhd etdi. Alınmadı. İçəri dəvət etdik, gəlmədilər. Çünki qorxdular ki, zaldakı çoxluq onların təhqirlərinə sərt reaksiya verəcək. Avropanın müxtəlif ölkələrində kök salmış həmin azsaylı söyüş qrupunun məqsədi dəyişməyib. Yaşadıqları ölkədə həyatlarını qurmaq, ordakı cəmiyyətə inteqrasiya olmaq əvəzinə bütün günü internet qarşısında oturub söyüş və təhqir yağdırırlar. Bu ağıldan kasad olanlar düşünürlər ki, söyüşlə nəyəsə nail ola biləcəklər".

Həmin qrupun fəaliyyətini izlədiyini deyən vitse-spiker söyüş söyənlərin eyni mərkəzdən idarə olunduğu qənaətinə gəldiyini deyərək son günlər şantaja məruz qaldığını bildirib. 
 
A.Əliyev qeyd edib ki, adını çəkmək istəmədiyi qrup üzvü sosial şəbəkə üzərindən ona səs göndərərək ona və hakimiyyətə qarşı söyüş söyməyi dayandırmaq üçün ən azı 20 min avro ödəməli olduğunu bildirib.