Vlada Axundovadan yeni layihə: “Gözləməzdim”

Vlada Axundovadan yeni layihə: “Gözləməzdim”

13-04-2022 12:11 / Bu xəbər 1276 dəfə oxundu

"Səs Azərbaycan”ın iştirakçısı, мüğənni Vlada Axundova "Gözləməzdim” adlı yeni mahnısını dinləyicilərə təqdim edib.

Yeni layihə üzərində böyük yaradıcı heyət çalışıb. "Tufan Records” studiyasında yazılan mahnının musiqisi və sözləri bəstəkar Xalis Xana məxsusdur. "Mix mastering” Oleq Naumov, gitarada Hafiz Baxış, pianoda Aleksandr Kalaşnikovdur. 

"Düşünürük ki, bu sevgi hekayəsini hər kəs həyatında yaşaya bilər. Ümid edirik, dinləyicilər yeni mahnımı sevəcəklər. Artıq mahnını bütün rəqəmsal platformalarda dinləmək olar”, – deyə müğənni bildirib.

Sözügedən mahnıya klipi isə rejissor Əli Akbər çəkib. Klipdə baş rollaru Meri və Anar Məlikovlar ifa edirlər. 

Vlada Axundova yeni klipində orijinal görkəmdə görünür. 

Bu görünüşün ərsəyə qəlməsində Natalya İsmayilovanın (makiyaj) və Olesya Metalnikovanın (stilist) zəhməti var. 

Layihənin prodüseri Cavid Şahbazbəyovdur. 

Ülviyyə