Vladimir Bukovsky vəfat edib

Vladimir Bukovsky vəfat edib

28-10-2019 14:18 / Bu xəbər 935 dəfə oxundu

Sovet dissidenti və yazarı Vladimir Bukovsky Böyük Britaniyada 77 yaşında dünyasını dəyişib. 

"Son illər o çox ağrıyırdı”, – ölümü haqda açıqlanmış məlumatda deyilir.

Bukovsky 1942-ci ildə Başqırdıstanın Bələbəy şəhərində anadan olub, onun ailəsini müharibə illərində həmin şəhərə köçürmüşdülər. 

Daha sonra ailə Moskvaya qayıdır. 1959-cu ildə gələcək dissidenti əlyazma jurnalının təsis olunmasında iştirakına görə məktəbdən qovurlar.

1960-70-i illərdə SSRİ-də dissident hərəkatı xadimi kimi tanınan Bukovsky bir neçə dəfə həbs olunaraq etirazların təşkilinə görə psixiatrik xəstəxanaya yerləşdirilir. O, qadağan olunmuş ədəbiyyat saxlamaqda, "antisovet təbliğatı” aparmaqda suçlanırdı. 1972-ci ildə "antisovet təbliğatı”na görə iki il həbs və beş il sürgün cəzasına məhkum edilir.

1976-cı ildə SSRİ Bukovsky-ni Çilidə həbsdə olan həmin ölkənin Kommunist Partiyasının lideri Luis Corvalan ilə dəyişir. 

O vaxtdan dissident Böyük Britaniyada, Kembricdə yaşayır, orada dərs deyir, hüquq-müdafiə işini davam etdirirdi.