Vüsal Novruzov Namiq Canıyevə görə cəzalandırılır

Vüsal Novruzov Namiq Canıyevə görə cəzalandırılır

17-12-2017 17:22 / Bu xəbər 4722 dəfə oxundu

Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi, qətlə yetrilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev tutduğu vəzifədən azad olunduğu deyilir.

Bu barədə Avropa.info saytı məlumat yayıb. 

Məlumata görə, Namiq Canıyevin vəzifəsindən çıxarılması ilə bağlı əmr noyabr ayının 17-də verilib.

Arqument.Az-a daxil olan məlumata görə, Canıyev Bakı Baş Gömrük İdarəsinə tabe olduğu üçün idarənin rəisi Vüsal Novruzov da şifahi xəbərdarlıq və töhmət alıb. 

Onun Canıyevlə yaxın əlaqədə olduğu bildirilir. Namiq Canıyevin kriminal aləmdə peyda olması Novruzova ciddi problem yaradıb. Belə ki, ona şifahi olaraq Novruzovun icazə verdiyi iddia edilir. 

Məlumatda deyilir ki, yaxın günlərdə Novruzov da vəzifəsindən alına bilər. 

"Bir sözlə, Canıyevə görə Vüsal Novruzov da ölkə rəhbərliyinin qəzəbinə gəlib", - mənbə bilirib. 

Mövzu ilə bağlı gün ərzində Vüsal Novruzovla əlaqə saxlamaq mümkün olmayıb. 

XATIRLATMA

Noyabrın 2-də azərbaycanlı "qanuni oğru” Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı İstanbulda sui-qəsd cəhdi olub. 

11 nəfərdən ibarət killer qrupu N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək istəyib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülmüş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

N. Canıyev hazırda Türkiyədə həbsdə saxlanılır.