Vüqar Səfərliyə hökm oxundu

Vüqar Səfərliyə hökm oxundu

21-12-2021 18:49 / Bu xəbər 1083 dəfə oxundu

Keçmiş KİVDF sədri 10,6 il azadlıqdan məhrum edildi

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiafına Dövlət Dəstəyi Fondunun 11 il icraçı direktoru olmuş Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan daha 10 nəfərin məhkəməsi başa çatıb. 

Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə onlara hökm oxunub.

Hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalistlər üçün binaları inşa etmiş "Portos” MMC-nin direktoru olmuş Nadir Məmmədov 6 il azadlıqdan məhrum edilib.

Qalan 9 nəfərə isə şərti cəza verilib. Onlar istintaq dövründə də həbsdə olmayıblar.

Məhkəmənin qərarıyla Vüqar Səfərlinin Xətai rayonunda fərdi yaşayış evi, İsmayıllı rayonunda fərdi yaşayış evi, avtomobili, bağ evi və başqa əmlakları, Nadir Məmmədovun torpaq sahələri, Ədalət Vəliyevə məxsus Mətbuat prospektində bina və başqa əmlaklar müsadirə olunub.(Meydan TV)