Vüsal Novruzov jurnalistləri kamera ilə çəkdirərək şantaj etdirib?

Vüsal Novruzov jurnalistləri kamera ilə çəkdirərək şantaj etdirib?

07-10-2021 21:53 / Bu xəbər 1073 dəfə oxundu

Bakı şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovla bağlı yeni faktlar ortaya çıxıb.

Bu barədə Demokrat.az xəbər yayıb.

Bildirilir ki, bir neçə il öncə Vüsal Novruzov vəzifədə olarkən onlarla jurnalisti öz otağına dəvət edərək, həmin şəxslərə məcburi şəkildə pul verib.

Daha sonra Vüsal Novruzov həmin jurnalistləri videolarını yaymaqla şantaj edib.

Gizli otaq çəkilişləri zamanı Vüsal Novruzovun kabinetində həmin vaxtı onun köməkçisi işləyən İlqar adlı şəxs də iştirak edib.

İddia kifayət qədər ciddi olduğundan Vüsal Novruzova əlaqə saxlamağa çalışdıq, lakin sabiq gömrük rəisi ilə əlaqə saxlamaq mümkün olmadı.