“WhatsApp” telefonları dinləyən İsrail şirkətini məhkəməyə verib

“WhatsApp” telefonları dinləyən İsrail şirkətini məhkəməyə verib

23-07-2021 13:29 / Bu xəbər 4328 dəfə oxundu

"Məncə, "WhatsApp” artıq məxfiliyini pozduğuna və texnologiyadan insanları izləmək üçün istifadə etdiyinə görə şirkəti məhkəməyə verib. Yəni buna cəhd edənlər var, amma onların uğurlu olub-olmayacaqlarını bilmək üçün birinin bunu etməsini gözləməliyik". 

Bunu Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin araşdırmasının həmmüəlifi Miranda Patruçiç "Amerikanın Səsi”nə müsahibəsində səsləndirib.

O, izlənənlərin məhkəmə perspektivi haqda sualına belə cavab verib: "Bilmirəm, amma belə görünür ki, qurbanların bəziləri buna cəhd edəcək".

Miranda əlavə edib ki, Fransada istintaqın başladılmasına dair çağırışlar var və qurbanlar şikayət edib, məhkəməyə müraciət etmək istəyirlər: "Mən Azərbaycandan da insanların bunu etmək istədiyinə dair mesajlar alıram. Belə görünür ki, qurbanlar cəhd etmək istəyirlər və bu, inanılmaz insan hüququ pozuntusudur. Biz Azərbaycanda apardığımız araşdırmada iki tanınmış jurnalistin telefonuna proqramın yoluxdurulduğunu və onların açıq şəkildə hədəf alındığını görmüşük. Bu cür hüquq pozuntusu bir jurnalist və bir insan olaraq mənim üçün inanılmazdır".