"X-Lady" mağazasında baş verən yanğın söndürülüb (YENİLƏNİB/VİDEO)

23-06-2019 13:49 / Bu xəbər 973 dəfə oxundu

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın söndürülüb.
 
***

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında başlayan yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Qaynarinfo xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi "X-Lady" mağazasında yanğınla bağlı operativ qərargah yaradıb.
 
***

Bakının Nizami rayonu ərazisində, metronun "Neftçilər” stansiyasının yaxınlığında yerləşə "X-Lady” ticarət obyektində güclü yanğın baş verib.

Qaynarinfo xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası cəlb olunub.

Hazırda alovun söndürülməsi işləri davam etdirilir. Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb.

Ticarət obyektinin yerləşdiyi Məhəmməd Hadi küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.