Xanhüseyn Kazımlıya məxsus şirkətlərin siyahısı yayıldı

Xanhüseyn Kazımlıya məxsus şirkətlərin siyahısı yayıldı

24-02-2020 12:25 / Bu xəbər 1437 dəfə oxundu

Araşdırmaçı Cavanşir Həsənli keçmiş deputat Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adlarını açıqlayıb.

Bu barədə jurnalist özünün feysbuk hesabında yazıb.

O bildirib ki, şirkətlət Xahhseyn kazımlının oğlu Samir Kazımlı, qardaşı oğlu Dəyanət Kazımlı və qohumlarının adınadır.

Bəs keçmiş deputat Xanhüseyn Kazımlıya aid şirkətlər hansılardır?

Jurnalist onların bir qisminin siyahısını təqdim edib:

1. "Humay Broyler” MMC – 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Samir Kazımlıdır.

2. "Barat Kəndli (fermer) Təsərrüfatı” MMC – 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, "Muğanbank” ASC-nin İmişli filialının keçmiş müdiri Dəyanət Kazımovdur.

3. "Dəyanət Gələcəyə Baxış” MMC – 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur.

4. "Aqroflora” MMC – 2011-ci ilin iyulunda qeydiyyatdan keçib.Təsisçisi və qanuni təmsilçisi keçmiş deputatın oğlu Samir Kazımlıdur.

5. "Faruz” MMC – 2001-ci ilin aprelində qeydiyyatdan keçib, qanuni təmsilçisi keçmiş deputatın qohumu Kazımov Daşqın Barat oğludur.

Qeyd edək ki, Xanhüseyn Kazımlı V çağırış Milli Məclisin deputatı olub.