Xarici diplomatların böyük bir qrupu Ağdama gedib

Xarici diplomatların böyük bir qrupu Ağdama gedib

31-08-2023 13:45 / Bu xəbər 822 dəfə oxundu

Avqustun 31-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici ölkələrin 50-dən çox səfirliyinin və beynəlxalq təşkilatların nümayəndələri Ağdama gediblər.

Onlar Ağdam-Xankəndi yolunda sülhməramlıların postunda olublar. 

Orada Qızıl Ayparanın 40 ton un daşıyan maşınları Qarabağa keçməyi gözləyirlər.

Diplomatların arasında aşağıdakı səfirliklərin nümayəndələri var: Türkiyə, ÇXR, Rusiya, Yaponiya, İsveçrə, Israil, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan,  habelə Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası və digərləri var.

Diplomatların arasında Fransa, ABŞ, Böyük Britaniya, Almaniya səfirliklərinin və Avropa İttifaqı missiyasının nümayəndələri gözə dəyməyiblər.