Xəstəxana rəhbərinə rüşvətə görə cinayət işi başlanıldı

Xəstəxana rəhbərinə rüşvətə görə cinayət işi başlanıldı

06-04-2021 18:06 / Bu xəbər 1722 dəfə oxundu

"Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və Kadrlar şöbəsinin vəzifəli şəxsi Sücaət Hacıyeva rüşvət almaqda təqsirləndirilir.

Aprelin 6-da verilən xəbərə görə, hər iki şəxs barəsində cinayət işinin istintaqı başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Bilal Məmmədovun sədrlik etdiyi cinayət kollegiyasının icraatındadır.

Nuriyev Nuru İbad oğlu və Hacıyeva Sücaət Əvəz qızına Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) maddəsi ilə ititham verilib.

N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib ("Report").