Xətai rayonunda təqaüdə çıxa bilməyən şəxs özünü yandırıb

Xətai rayonunda təqaüdə çıxa bilməyən şəxs özünü yandırıb

11-10-2018 17:48 / Bu xəbər 1920 dəfə oxundu

Bakının Xətai rayonunda 57 yaşlı Aleksandr Kononov adlı şəxs özünü yandırıb

Faktı Meydan TV-ə Xətai rayon polisinin əməkdaşları təsdiq ediblər.

Bildirilib ki, hadisə Heydər Əliyev parkında baş verib.

Aleksandr Kononov üzərinə neft tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o, xəstəxanaya aparılıb.

"Publika.az” xəbər verir ki, intihara cəhd edən şəxs Bakı şəhər Xətai rayonu Məhəmməd Hadi küçəsi, bina 89, mənzil 79-da yaşayan 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviçdir. 

Onun uzun müddət nəqliyyat qurumlarından birində çalışdığı üzə çıxıb. Belə ki, A.Kononov özünü yandırmazdan əvvəl məktub yazıb və məktubunda onun təqaüd alma məsələsinin qəsdən yubadıldığını qeyd edib.

"Amerikanın səsi” radiosuna Bakı şəhər 5 saylı xəstəxanadan bildiriblər ki, o, günortadan sonra xəstəxanaya gətirilib, hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıldığı, araşdırma aparıldığı bildirilir.