Xəzər dənizində zəlzələ oldu

20-01-2025 12:48 / Bu xəbər 523 dəfə oxundu
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə "Qaynarinfo"ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub.
Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.