Xırdalandakı partlayışda ölən var

Xırdalandakı partlayışda ölən var

26-01-2021 12:08 / Bu xəbər 950 dəfə oxundu

DİN həlak olan şəxsin adını açıqlayıb

Yanvarın 25-də Xırdalan şəhəri, 27-ci məhəllədə ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində uçqundan sonra aparılan axtarışda 1 nəfərin cəsədi çıxarılıb.

DİN-nin mətbuat xidmətinin rəsmisi Elşad Hacıyev Meydan TV-yə 2012-ci il təvəllüdlü Fatimə Musayevanın meyitinin tapıldığını təsdiqləyib.

TƏBİB-dən APA-ya deyiliblər ki, xəsarət alan Emil Əliyev, Arif Hüseynov, 11 yaşlı Firudin Musayev, Simayə Ələzova və Xədicə Şükürzadə Xədicə evə buraxılıblar.

Yalnız Vüsal Musayev reanimasiyadadır.