“Xocalı Abidəsi” önündə qarşıdurma – Polis müsavatçıların qarşısını kəsdi (VİDEO)

“Xocalı Abidəsi” önündə qarşıdurma – Polis müsavatçıların qarşısını kəsdi (VİDEO)

26-02-2019 15:10 / Bu xəbər 1669 dəfə oxundu

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı və digər partiya rəhbərliyində təmsil olunan şəxslər, MSDM sədri İsa Qəmbər və bir qurup Müsavat Partiyası üzvü Xocalı soyqırımının 27ci il dönümü ilə əlaqədar Bakıda "Xocalı Abidəsi”ni ziyarət etmək istəyərkən polis qüvələri tərəfindən təzyiqə məruz qalıb.

Polis onlara abdidədən uzaq bir məsafədə gülləri qoyaraq ziyarəti yekunlaşdırmağı tələb edib. 

Partiya rəhbərliyi buna etiraz edərək gülləri abidənin yanında qoyaraq orda ziyarətlərini bitirməyə israr etdikdə isə Polis qüvvələri güc tətbiq edərək onları ordan uzaqlaşdırıb.

Zorakılıq zamanı polis zərbəsindən yerə yıxılan müsavatçı Mehman Kərimlinin halı pisləşib. 

Hadisə yerinə təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilib.